Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyəni silkələyən mesajlar – FETÖ-nün yaydığı şifrəli məlumatlar tam reallaşıb

43 Baxış

FETÖ terror təşkilatına aid ‘Enes Halifekan’ hesabının 2016-cı ildə etdiyi Twitter paylaşımları türk sosial media istifadəçilərini şoka salıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetinin saytının rus versiyasının “Telegram” kanalında məlumat yayılıb.

Sosial media istifadəçilərinin qeyd etdiyi kimi, paylaşımlar vahid planın ayrı-ayrı hissələrinə bənzəyir və bu hesabdan FETÖ terror təşkilatı üzvlərinə təlimat mesajlarının ötürülməsi üçün istifadə edildiyi bildirilir.

Bu hesabdan “Twitter”də ümumilikdə 160 minə yaxın paylaşımlar edilib, onlardan bəziləri aşağıdakılardır:

İYİ adlı partiya yaradılacaq (2017-ci ildə yaradılıb).

Davudoğlunun partiyası yaradılacaq (2019-cu ildə yaradılıb).

“DEVA” partiyasının yaradılacağına eyham vurulub (2020-ci ildə yaradılıb).

Həmçinin toyda baş verəcək partlayışla bağlı dərc olunan paylaşımdan iki gün sonra Qaziantepdə bomba partlayışı olub. Bu terror hücumu nəticəsində 59 nəfər həlak olub.

2018-ci il seçkilərində istifadə olunan “Hər şey yaxşı olacaq” şüarı bu hesabdan elan edilib.

Mansur Yavaşın Ankarada qələbəsinə bələdiyyə seçkilərindən xeyli əvvəldən eyham vurulub.

Prezidentin guya “altı ox”un arasından seçiləcəyi bildirilib (“altılı masa” yaradılıb).

Müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun hazırda istifadə etdiyi “Xəlil İbrahimin süfrəsi” ilk dəfə həmin hesabdan gündəmə gətirilib.

İyulda dövlət çevrilişinə cəhd göstəriləcəyinə eyham edilib.

Təxminən 300 milyard dollar mövzusu da bu hesabdan gündəmə gətirilib. Daha sonra isə CHP sədri və “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu hakimiyyətə gələrsə, ölkəyə 300 milyard dollar qazandıracağını bildirilib.

İYİ partiyanın başqanı Meral Akşenerin son aylarda K.Kılıçdaroğlunun namizədliyini qəbul etməməsi, masanı dağıdıb, şərtlərlə geri qayıtmasına eyham vurulub.

“Konya bir ölkədir” tezisi işlədilib. Məhz bundan sonra K.Kılıçdaroğlu Konyada etdiyi çıxışda “Konya Hollandiyadan daha böyük bir ölkədir” ifadələrini dilə gətirib.

İstanbulun Beşiktaş rayonunda Vodafone arenada cəsədlərin olacağı ilə bağlı elandan cəmisi 5 gün sonra İstanbulun Beşiktaş səmtindəki Vodafone parkı yaxınlığında iki intiharçı terror hadisəsi törədib.

Həmçinin Türkiyə cəmiyyətində böyük şoka səbəb olan bir çox başqa məlumatlar ifşa olunub, hazırda bu məsələ ictimai müzakirələrin əsas mövzusuna çevrilib…(musavat.com)

6f9686be-3789-417a-b153-2a857e3d44f4

0fd5ebf3-dcd8-48e8-b17e-1967b732cb00

0aa85fc6-04f9-40b4-ba47-fc7f6e402713

3f31cd84-37d2-43b0-80f5-7a9e8030476b

5a9fa686-ac8a-44d1-b358-f57eae1cbc63

5a9fa686-ac8a-44d1-b358-f57eae1cbc63

5fc0576d-665b-4a8c-b95a-c7529a389a44

0645c289-d481-4f5f-acbb-64b62363642b_1

a6484e1e-acc9-415d-9277-323ca9b37ff3

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678