Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

318 Baxış

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Bu tədbirlər planına uyğun olaraq Mingəçevir şəhərində idarə,müəssisə,təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Turanmedia.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq növbəti tədbir Mərkəzi Arana Regional Təhsil idarəsinin, şəhər təhsil sektorunun təşkilatçılığı ilə şəhərin 19 saylı tam orta məktəbində təşkil olunub. Ulu öndərin 100 illik yubleyi ilə əlaqədar “Riyaziyyat dəqiq elmlərin danışdığı dildir”adlı məktəblərarası bilik yarışına 19 saylı məktəb ev sahibliyi edib. Əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub. Bilik yarışına ev sahibliyi edən məktəbin direktor əvəzi Ulviyyə Fətəliyeva çıxış edərək bütün qonaqları salamlayıb. Yarış iştirakçılarına uğurlar arzulayıb. 20 məktəbin qatıldığı yarış müxtəlif adlarla komandalara bölünərək bilik yarışına hazır olduqlarını bildiriblər. Yarış 2 mərhələdən ibarət olmaqla hər mərhələ arası məktəbilərin vətənpərvərlik ruhunu təbliğ edən musiqilər,şeirlər ifa ediblər.

Sonda qaliblər müəyyən edilib. Şəhərin 3 məktəbinin komandaları qalib olub. I yer – 1N-li tam orta məktəbin “Zəngəzur” komandası, II yer 20 N-li tam orta məktəbin “Vətən” komandası, III yer 4 N-li tam orta məktəbin “Hədəf”komandası qalib olublar. Bütün şagirdlər bilik yarışında fəallıq göstəriblər.

23.05.2023-cü il tarixində isə Mingəçevir şəhər 19 N-li tam orta məktəbin “Femida” komandası 13 N-li tam orta məktəbin təşkil etdiyi Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan tarixi fənnindən Bilik yarışmasında I yer tutmuşdur.

Uğurlarınız bol olsun, əziz şagirdlər!

Qeyd edək ki,tədbirdə şəhərin ümumtəhsil müəssisələrinin müəllim,şagird kollektivi və şəhər təhsil sektorunun əməkdaşı Pərviz müəllim iştirak edib .

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678