Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə şəhərdaxili veloyürüş təşkil olunub

47 Baxış

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 1918-ci il mayın 28-i hər bir azərbaycanlının qürur hissi duyduğu əlamətdar bir gündür. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqillik arzusuna qovuşdu. Şərqdə ilk demokratik respublikanın yarandığı dünyaya bəyan edildi. 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımız, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Bu, XX əsrdə xalqımızın həyatında yeni bir tarixi hadisə oldu.

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə şəhər İcra Hakimiyyətinin və Gənclər İdman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş təşkil ounub.Əvvəlcə icra başçısı İlham İsmayılov bu gün münasibəti ilə iştirakçıları salamlayıb,onlara səmimi ürək sözlərini çatdırıb. Bu yürüşdə hər birinə uğurllar arzulayıb. Yürüş iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Daha sonra yürüşçülər polisin,təcili yardım maşınlarının müşayəti ilə veloyürüşə start götürüblər.

Yürüşçülər şəhərin mərkəzi ərazisi ilə hərəkət edərək şəhərin çıxış hiissəsinə doğru hərəkət ediblər. Yürüşçülər arasında gənclərlə yanaşı 60-a yaxın ahıl insanlarda var .Onlardan ən yaşlısı 74 yaşlı Abid İsmayılovdur.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678