Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda dəhşətli qəza – Ana, uşaq və nənə öldü

45 Baxış

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

Turanmedia.az xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.(APA)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678