Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elxan Qasımovun qızı danışdı: “Vəziyyəti çox ağır idi”

38 Baxış

Əməkdar artist Elxan Qasımovun qızı danışıb.

Turanmedia.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətkarın qızı Kəmalə xanım atasının müalicə aldığı klinikada dünyasını dəyişdiyini bildirib:

“Atamın vəziyyəti çox ağır idi. O, bir neçə dəqiqə əvvəl müalicə aldığı klinikada vəfat etdi. Bu dəqiqə danışmaq mənim üçün çox ağırdır. Atama aorta anevrizmasının partlaması diaqnozu qoyulmuşdu. Mayın 9-da təcili əməliyyat olundu. Bir müddət reanimasiyada müalicələr aldı. Çox qan itirdiyinə görə, ona qan köçürüldu, sistemlər olundu. Bir müddətdən sonra onu süni nəfəs aparatından ayırdılar. Çətinliklə də olsa nəfəs alırdı. Amma həkimlərin bütün səylərinə baxmayaraq, atamı bu ağır vəziyyətdən çıxartmaq mümkün olmadı”.

Kəmalə xanım valideyninin dəfn olunacağı yeri də açıqlayıb:

“Atam sabah günorta saatlarında oğlunun yanında, Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678