Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda sakinlər yolu bağladı, özünü yandırmaq istəyən isə… – Polis hərəkətə keçdi

58 Baxış

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi Lütfizadə küçəsinin sakinləri sularının kəsilməsinə görə yolu bağlayıblar.

Turanmedia.az Musavat.com-a istinadla xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının sakinləri bir neçə gündür sularının gəlmədiyinə etiraz olaraq yolu bağlamağa cəhd ediblər. Onlardan biri özünü yandırmağa cəhd etsə də, hadisənin qarşısı alınıb.

Sakinlər bildirirlər ki, bir çox yerə müraciət etsələr də, suları verilmir və son çarə olaraq bu yola əl atıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Onlar yolda hərəkətin bərpa edilməsini, sakinlərin yolu açmasını tələb edirlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678