Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İt öz xilaskarına belə təşəkkür etdi – Günün fotosu

39 Baxış

Ukraynanın Xerson şəhərində xilas edilən itin fotosu internet istifadəçilərini təsirlədirib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, fotonu Rusiya-Ukrayna müharibəsi hadisələrini sənədləşdirən tanınmış fotojurnalist Sergey Korovaynı çəkib.

Fotoda itin öz xilaskarını qucaqlayaraq sanki öz təşəkkürünü bildirdiyi əks olunub.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir. Hazırda ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678