Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“DÖVLƏT İMTAHANI” BÜTÜN TƏLƏBƏLƏR ÜÇÜN LƏĞV OLUNMALIDIR VƏ ONLAR ARASINDA PİLLƏ, MƏRHƏLƏ BAXIMINDAN HEÇ BİR FƏRQ QOYULMAMALIDIR! 

89 Baxış

Bu günləri televiziyada, xəbər proqramlarında və saytlarda Ali məktəblərdə “Dövlət imtahanı”-nın ləğv olunması barədə məlumat verildi.

Hələ bunu şad xəbər elan edirlər. Lakin çox gülünc, mənasız, məntiqsiz və yersiz bir “Şad xəbər”-dir! Çünki, dediklərinə görə, bu fərman tələbələrin yalnız yarısına və müəyyən bir qisminə aid edilir. Sözün həqiqi mənasında, ədalətsiz bir qərardır.

Tələbə elə tələbədir. Tələbənin daha zahirən rəngi, adı, hər hansısa bir fərqli cəhəti olmur. Qiymət verilirsə, güzəşt edilirsə, o zaman, gərəkdir ki, bütün tələbələrə edilsin!

“Dövlət imtahanı” bu qədər mühüm bir işdirsə, onda, bütün tələbələr o imtahanda iştirak etməlidir; yox, ötəri və ya lazımsız bir şeydirsə, o zaman, nə üçün bir qisim tələblərə aid edilir, digər qisminə isə güzəşt edilir?!

Deməli, düşünülməmiş, tam ölçü götürülməmiş bir məsələdir. Elm və Təhsil Nazirliyi verdiyi bu dırnaqarası qərar ilə tələbələrdən bir dəstəsinin evini yıxır, digər bir dəstəsinin isə evini tikir.

Adama sual verərlər, nə üçün I, II kurs tələbələri “Dövlət imtahanı” versin, yaxud III və IV kurs tələbələri isə “Dövlət imtahanı” verməsin? Nə üçün, hal-hazırda, oxuyan və qurtarmaqda olan tələbələr “Dövlət imtahanı”-ndan azad edilir, lakin Universiteti çoxdan bitirmiş, amma bəzi mövcud kəsrlərin ucbatından hələ də Universitetdə ilişib qalan adamlar yenidən “Dövlət imtahanı” verməlidirlər?!

Çox xahiş olunur ki, Elm və Təhsil Nazirliyi verdiyi qərardakı səhvləri düzəltsin: “Dövlət imtahanı” başdan-ayağa bütün tələbələr üçün ləğv olunmalıdır! Yəni fərq qoyulmamalıdır. Ədalətsiz bölgü aparılmamalıdır!

“Dövlət imtahanı” həm I, II, III, IV kursda oxuyan tələbələr və həm də ki, passiv(Universiteti bitirmiş, lakin kəsrləri olan) tələbələr üçün birdəfəlik ləğv olunmalıdır!!!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678