Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat həm peşman oldu, həm sərt danışdı: Bəlkə də pul alıblar…

35 Baxış

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev sosial şəbəkələrdəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, qəlyanla foto paylaşan deputatın “Dərd çəkirik, qəm çəkirik, bir az da qəlyan çəkək” sözləri birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi bu görüntünü “səmimi” adlandırsa da, onun siyasətçi olduğunu önə çəkərək parlament üzvünü tənqid edənlər də olub.

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan deputat Razi Nurullayev paylaşımına görə peşman olduğunu deyib:

“Sadə, sıradan bir paylaşımdır. Zərərli vərdişlərdən uzaq adamam. Açığı, bilsəydim, heç paylaşmazdım. Görünür, cəmiyyətimiz hələ ki bu cür məsələlərə açıq deyil”.

R.Nurullayev hesab edir ki, bir qisim şəxslər başqalarını gözdən salmaq üçün qəsdən xoşagəlməz rəylər yazır:

“Əslində, cəmiyyətimiz açıqdır, insanlarımız çox gözəldir. Sadəcə, 10 milyon əhalinin 3 milyonu sosial şəbəkələrdədir. Bu 3 milyondan 1 milyonu müxtəlif onlayn platformalarda çox fəaldır və müxtəlif məsələlərdə rəy də yazırlar. Amma bu cür məsələlələrdə onlar dəstək versələr də, şərh yazmırlar, baxıb keçirlər. Amma təxminən 10-15 minlik kütlə var ki cahildir, dünyagörüşü çox aşağıdır. Onlar ancaq və ancaq söyüş söyürlər. Belələrinin bir çoxları heç burada deyil, xaricdədir. Bəlkə də hansısa məbləğ qarşılığında cəmiyyətdə bu cür ajiotaj yaratmağa yönləndirilirlər ki, ancaq söyüş yayın, hər şeyi narazı şəkildə təqdim edin, dövlət qurumlarını gözdən salın. Bəlkə də buna görə, aylıq, günlük məvacib alırlar.

Belə insanların məqsədi odur ki həmin insanı tanımasa da, mənfi rəy yazıb ara qarışdırsın, sonra da skrinşot edib sahibinə atsın və buna görə də mükafatını alsın.

Sürü kimi bir yerə toplaşırlar və şərh yazırlar. Kənardan da belə görünür ki, cəmiyyət bu cür düşünür. Əksinə, yalnız onlar şərh yazır deyə, cəmiyyətin fikri belə imiş təəssüratı yaranır. Bu, yanlış təsəvvürdür”.

R.Nurullyevin sözlərinə görə, sosial şəbəkələrdə olan ağıllı adamlar belə insanlarla müzakirələr girmir:

“Təəssüf etmək lazımdır ki, o insanların içərisində xeylisi siyasətlə sanki məşğul olan adamlardır. Bəziləri adlarını radikal, bəziləri barışmaz, dissident və s. qoyublar. Bu insanlar özləri çirkab içində ola-ola çabalayır, ətrafa da çirkab sıçradırlar. Ona görə də onlar məni narahat etmir. Sadəcə, kaş ki fərqli düşünən insanlarımız bu cür məsələlərdə daha fəal olsunlar ki, cahil təbəqənin sayı çox görünməsin. Nəyə görə 5-10 min adam sosial şəbəkəni idarə etməldir? Məsələnin faciəvi tərəfi bundadır.

Ziyalı insanların o cür ağzına gələni yazan insanlarla mübahisə etməsi, mümkün görünmür. Süni şəkildə onların sayı çox görünür və milçək kimi ürək bulandırırlar”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678