Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Taksilərə bu cihaz qoşulacaq

39 Baxış

Azərbaycanda sərnişin daşıyan nəqliyyat vasitələrinə yeni cihazlar quraşdırılacaq.

Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna analoq taxoqraf anlayışı daxil edilir. Analoq taxoqraf qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki nəzarət cihazdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678