Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qədim Alban məbədi nə zaman bərpa olunacaq?

39 Baxış

Xəbər verdiyimiz kimi, Şəki rayonun Bideyiz və Baş Küngüt kəndləri yaxınlığında yerləşən IV-V əsrlərə aid Bideyiz məbədi məhv olmaq üzrədir.

Turanmedia.az xəbər verir ki, məsələ ilə bağlı Kult.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, hazırda ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinqlər aparılır:

“Onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər görüləcəkdir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678