Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib

42 Baxış

Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu, baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

Turanmedia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən Tns-ə verilən xəbərə görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678