Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hər guşəsi zəngin Qarabağ – VİDEO

150 Baxış

Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycanın bir çox nümunələri ilə rastlaşmaq olar. 

Baku TV Qarabağın hər cəhətdən zənginliyi ilə bağlı süjet hazırlayıb.

Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovşağında yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə zəmin yaradıb. Şuşanın ən məşhur yerlərindən olan Cıdır düzündə dünyada ad qazanan qızılı rəngli, çapraq yerişi və alnında mil şəkilli qaşqası ilə fərqlənən Qarabağ atları yarışıb. 

Bu yarışlara baxmaq üçün dünyanın müxtəlif yerlərindən səyyahlar, tarixçilər, tacirlər, dövlət xadimləri Şuşaya gələrdilər. İşğaldan azad olunan Füzuli də gözəl və səfalı yerləri, bərəkətli torpağı ilə ad qazanıb. Qarabağın Ağ damı!.. El arasında “od dəyirmanı” kimi tanınan qədim malikanədə yaradılan Ağdam Çörək muzeyi SSRİ-də birinci, dünyada ikinci idi. Qarağacı qəbiristanlığı ağdamlılar üçün çox müqəddəs bir məkan idi. Ağdam bazarı qədimliyi, bolluğu, ən əsası, “Nə istəsən, bu bazarda taparsan” sözü ilə məşhur idi. İşğaldan azad olunan dünyaca məşhur Azıx mağarası isə Qarabağın Füzuli rayonunda yerləşir.

Ən səfalı və şəfalı yerlərdən olan Kəlbəcər minbir dərdin dərmanı olan İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. “İstisu” sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. Əlbəttə, Kəlbəcərin qızıl yataqlarını da unutmaq olmaz. Kəlbəcər rayonunda yerləşən Söyüdlü yatağında 112,5 ton qızıl var. Rayondakı Ağduzdağ və Tuthun yataqlarının ehtiyatlarının ümumi həcmi isə 13,2 ton qızıldır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678