Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda 17 yaşlı qız öldürülüb

45 Baxış

İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticə barədə əlavə məlumat veriləcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678