Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Millət vəkili Zülfüqar Hüseynzadədən yazdı: “Onun bu hərəkəti böyük qeyrət nümunəsi idi”

39 Baxış

Moderator. az saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə doğulduğu Kəlbəcər rayonunda vəfat etdi. Zülfüqar Hüseynzadə peşəkar sayt rəhbəri olmaqla yanaşı, həm də dəyərli dostumuz idi”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev bildirib.

Deputat qeyd edib ki, məndən onun üstün keyfyyətləri soruşulsa, ilk olaraq barışdırıcı keyfiyyətini önə çəkərdim. Azərbaycan jurnalistikasında belə şəxslərə çox böyük ehtiyac var. Onun rəhbərlik etdiyi sayt bütün ziyalıların üzünə açıq idi. Özü axtarıb tapırdı, yazılar istəyirdi və yaratdığı saytın üzərində yarpaq kimi əsirdi.

 

“Böyük söz adamı Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. “Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb”- deyirdi. Şair bir şeirində “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər…”, deyə yazmışdı. Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi Kəlbəcər…Məmməd Aslanın vəfatından 6 il sonra…

Məmməd Aslan kimi Zülfüqar da Kəlbəcərin özü idi. Hər görüşümüzdə Kəlbəcər barədə ürək yanğısı ilə danışardı. Kəlbəcər hər saat, hər an onu ora çəkirdi. O, Kəlbəcərin işğaldan azad olunmasını gördü. Nənəsinin məzarını axtarmağa getdi. Onun bu hərəkəti böyük qeyrət nümunəsi idi. Torpağa bağlılıqla yanaşı, şəcərəyə bağlılıq əsl kişilik keyfiyyətidir. Qurduğu alaçıqda dünyasını dəyişdi…”,-E.Əliyev əlavə edib.

 

Millət vəkili vurğulayıb ki, Zülfüqarın yaşı az olsa da məsləhətləri, davranışlarında müdriklik var idi.

 

“Dəyərli dostumuzun seçilən mühüm keyfiyyətlərindən biri də təbii yumor hissinə malik olması idi. Arada mən ona deyirdim ki, sən niyə pyes yazmırsan? Gülürdü…Deyirdi ki, nə yaşım var, yazaram.

Məmməd Aslan Kəlbəcərin işğaldan azad olunmasını görmədi. Böyük şair bəlkə də qəbirdə gözü açıq uzanıb.

Züfüqar isə elə Kəlbəcərin özündəcə Kəlbəcəri bağrına basdı. Kəlbəcər də bu hərəkəti ona qarşı etdi.

Onun vəfatı fəlsəfədir. Sırf Ontologiyadır.

Allah Rəhmət eləsin!”- deyə, o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678