Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hikmət Hacıyev Zülfüqar Hüseynzadə ilə bağlı paylaşım etdi – FOTO

41 Baxış

Xəbər verdiyimiz kimi, dünən tanınmış jurnalist, “Moderator.az” saytının rəhbəri Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında vəfat edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, jurnalistin vəfatı ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında paylaşım edib.

O, paylaşımınmda qeyd edib:

“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678