Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir ŞİH şuranın növbəti iclası keçirilib

175 Baxış

Mingəçevir ŞİH şuranın növbəti iclası keçirilib

Turanmedia.az xəbər verir ki, iyun ayının 21-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, iclasın gündəliyində 4 məsələ durur:

1. “Şəhərdə içməli su təminatı və kanalizasiya xidmətinin mövcud vəziyyəti barədə Sukanal idarəsinin hesabatı”.

2. “Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən balansında olan yaşayış binalarının saxlanması və aparılan təmir işlərinin vəziyyəti haqqında”.

3. “Əhalinin sanitar epidemioloji sağlamlığının qorunması sahəsində aparılan işlərin vəziyyəti haqqında” şəhər Gigiyeva və Epidemiologiya mərkəzinin direktoru vəzifəsini icra edən V.Məmmədovanın hesabatı.

4. “Mingəçevir şəhərində işsizliyin azaldılması, xüsusi ilə gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər haqqında” Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının hesabatı.

Gündəlikdə duran 1-ci məsələ haqqında məlumatla Şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev, 2-ci məsələ haqqında məlumatla aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev, 3-cü məsələ haqqında məlumatla Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən Validə Məmmədova, 4-cü məsələ haqqında məlumatla Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının Mingəçevir şəhər Xidmət şöbəsinin baş mütəxəssisi Elnur Rəsulov çıxış ediblər.

Müzakirə olunan bütün məsələlərlə bağlı Qərar layihəsi qəbul olunub. İclasda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlarını verib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678