Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ordumuzun bir korpusu Qarabağda bütün tapşırıqları yerinə yetirə bilər”

44 Baxış

“Müharibədən və Ermənistan tərəfinin təxribatlarından sonra Azərbaycan şərti sərhəddə 6 iri hərbi əməliyyat keçirib, nəticədə Ermənistan tərəfi həm canlı qüvvə, həm də texnika baxımından xeyli itki verib”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu əməliyyatlar nəticəsində Azərbaycan şərti sərhəddə strateji yüksəklikləri ələ keçirib.

Həsənov vurğulayıb ki, şərti sərhəddə güclü atəş sistemi yaradılıb, o cümlədən Ermənistanın özündə bütün strateji təchizat marşrutlarına təsir etmək imkanı var: “Erməni təxribatları həmişə Ermənistanın özü üçün pis başa çatıb”.

Zakir Həsənov Azərbaycanın bütün silah növlərinə və Qarabağ bölgəsində quldur dəstələrinin qalıqlarının şəxsi heyətinə yaxşı bələd olduğunu da qeyd edib və əlavə edib ki, Azərbaycan ordusunun bir korpusu belə, Qarabağda bütün tapşırıqları yerinə yetirə bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678