Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hava şarı elektrik xəttinə ilişdi: xəsarət alanlar var

41 Baxış

Fransanın cənubunda hava şarının yüksək gərginlikli elektrik xətti ilə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Hadisə Yuxarı Provens Alpları departamentinin Valensol kommunası yaxınlığında baş verib. Ən ağır xəsarətləri şarı idarə edən 45 yaşlı kişi alıb, onu tok vurub. Digər altı sərnişin – üç qadın və üç kişi yüngül xəsarət alıblar.

Qəza keçirən şəxslərin xilas edilməsi əməliyyatına 15-ə yaxın xilasedici və təcili yardım briqadası cəlb olunub. İlkin məlumata görə, insidentə səbəb texniki nasazlıq olub və pilot təcili manevr etməli olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678