Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saatlıda yarım milyonluq oğurluğun təfərrüatı

41 Baxış

Saatlı rayonunda baş verən yarımmilyon manatlıq oğurluğun bəzi təfərrüatları məlum olub.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinə (RPŞ) fərdi yaşayış evlərinin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elvin Vəliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin mart-iyun ayları ərzində qohumlarının ölkə hüdudlarından kənarda olmasından istifadə edərək dəfələrlə onlara məxsus evə qanunsuz daxil olub və otaqların birindəki seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pul və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Araşdırmalar zamanı həmçinin məlum olub ki, E.Vəliyev ilkin olaraq evdən 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq, daha sonra onları İmişli və Saatlı rayonları ərazisində fəaliyyət göstərən lombardlara qoyaraq, müqabilində pul götürüb. Bir müddət keçdikdən sonra isə yenidən həmin ünvana daxil olaraq seyfdən 5 milyon rus rublu, 128 800 ABŞ dolları, 12 000 avro, 50 000 manat pulu oğurlayıb.

O, ümumilikdə zərərçəkənə – əmisinə 490 000 manatdan çox maddi ziyan vurub. E.Vəliyev oğurluq yolu ilə əldə etdiyi pulları onlayn mərc oyunlarında uduzub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678