Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistanın iqtisadiyyat naziri, özünün tvitter hesabında yaydığı məlumata görə Ermənistanın Naxçıvanla həmsərhəd bölgəsində, Sədərək qəsəbəsinin bir neçə km-də – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq, illik 180 min ton metal məmulatları istehsal olunacaq. Metallurgiya müəssisələri müxtəlif emalatxanalardan və çox vaxt daha kiçik zavodlardan ibarət mürəkkəb istehsal kompleksləridir. Metallurgiya müəssisələrində texnoloji proseslər qazların, tozun, şlakların, tullantı sularının, zəhərli kimyəvi maddələrin və digər emissiyaların böyük miqdarda buraxılması ilə müşayiət olunur”.

38 Baxış

“Ermənistanın iqtisadiyyat naziri, özünün tvitter hesabında yaydığı məlumata görə Ermənistanın Naxçıvanla həmsərhəd bölgəsində, Sədərək qəsəbəsinin bir neçə km-də – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16500 kvadratmetr olacaq, illik 180 min ton metal məmulatları istehsal olunacaq. Metallurgiya müəssisələri müxtəlif emalatxanalardan və çox vaxt daha kiçik zavodlardan ibarət mürəkkəb istehsal kompleksləridir. Metallurgiya müəssisələrində texnoloji proseslər qazların, tozun, şlakların, tullantı sularının, zəhərli kimyəvi maddələrin və digər emissiyaların böyük miqdarda buraxılması ilə müşayiət olunur”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bununla bağlı Naxçıvanla sərhəddə, Arazdəyəndə metalurgiya zavodunun tikilməsi ilə bağlı mövqe sənədi yayıb.

Sənəddə qeyd olunur ki, metallurgiya zavodları torpaq, su və hava çirkliliyinin ağır emissiyalarının mənbəyidir. İstehsal bitdikdən sonra da ətraf mühitə mənfi təsir göstərə bilərlər. Yığılmış tullantılar, xüsusilə lil, şlak və tozlar, kimyəvi qazlar, kimyəvi maddələrin qalıqları illər uzunu ətraf mühiti çirkləndirən maddələr kimi qalır. İstehsal prosesində filiz hasilatı, nəqli, əzmə və xırdalama, ələmə, flotasiya, maqnit ayırma, yuyulma və s. kimi çoxsaylı texnoloji əməliyyatların cəlb edilməsi ilə metal komponentlərin və birləşmələrinin ətraf ərazilərdə uzunmüddətli ekoloji problemlər əmələ gəlməsi ilə müşayiət olunur.

Bu cür zavodların bir neçə növü var, birinci əlvan metal filizlərinin (alüminium, mis, qalay, titan, qurğuşun, maqnezium, nikel və s.) çıxarılması və zənginləşdirilməsi və eyniadlı metalların, habelə onların ərintilərinin istehsalınə həyata keçirir. İkinci isə dəmir filizinin emalı, çuqun, polad və ferroərintilərin istehsalı, həmçinin onların prokatlanması işlərini görür. Hər iki istehsal prosesi mürəkkəb texnoloji proseslərdən, kimyəvi maddələrin tətbiqindən, yüksək temperaturda xəlitə hazırlayan sobaların istifadəsindən, həddindən artıq su istifadəsindən (1 ton xammalın istehsalı üçün təxminən 150 ton su tələb olunur) ibarət olmaqla ətraf mühitə çoxlu çirkləndirici maddə atılması ilə müşayiət olunur. Bir çox ölkələrin təcrübəsi (Polşa, Ukrayna, Rusiya, Nigeriya və sair) göstərir ki, bu tipli zavodlardan istifadə ətraf mühitə və insan sağlamlığına çoxsaylı zərər verir. Aparılan araşdırmalara görə koks-kimyəvi (karbon və kükürd oksidləri, ammonyak, kömür tozu), sinterləmə (dəmir, manqan oksidləri, silisium, dəmir, kükürd, mis hissəcikləri, qurğuşun, titan və s.),yüksək soba (karbon və kükürd oksidləri, hidrogen, azot, müxtəlif metalların oksidləri olan tüstü tozu), ferroərinti (tərkibində metal oksidləri olan zəhərli və toksik olmayan toz), poladqayırma (tərkibində dəmir, manqan, alüminium, xlor, fosfor və s. olan toz) kimi tullantılar yarada bilir.

Yayılan məlumatlardan zavodun təyinatı və istehsal edəcəyi məhsullar bilinmədiyindən ümumi olaraq araşdırma materiallarına əsaslana bilərik. Belə ki, elmi araşdırmalara görə iri metallurgiya sənayesi müəssisələrinin yerləşdiyi ərazilərdə torpağın, suyun və atmosferin çirklənməsi baş verir. İlkin mərhələdə həmin zonaya aid olan torpaq qatı və meşə zonaları məhv ediləcək. Sonradan zavodun istehsal prosesində çoxlu kimyəvi maddələrdən və sudan istifadə etməklə ətraf mühitə əlavə tullantılar buraxılacaq. Küləkdən asılı olaraq ərazilərin metallurgiya müəssisələrinin fəaliyyətindən çirklənməsi 20 km-dən 50 km-ə qədər uzanır və üstəlik, hər kvadratmetrə 5-15 kq toz düşür. Belə ki, həmin müəssisələrin ətrafında torpaqda, suda, bitkilərdə zərərli maddələrin olduğu texnogen zonalar formalaşır.

Metallurgiya sənayesi sudan böyük miqdarda istifadə edir və ən çox su əlvan metallurgiyada istifadə edilir. Belə ki, bir ton nikel əldə etmək üçün dörd min kubmetr su tələb edilir, suyun çox hissəsi soyutma üçün istifadə olunur, məsələn, çuqun istehsalında 75% su istifadə olunur.
Texnoloji prosesdən keçən su torpağı və su baseynlərini duz məhlulları, metal tullantıları, bərk mineral maddələrlə çirkləndirilir. Metalların flotasiyası zamanı neft məhsulları, sionid turşularından müxtəlif reagentlərdən istifadə olunur.

Bu zaman ətraf mühitə ağır metal ionları (mis, manqan, sink, qurğuşun və s.); arsen; flüor xloridlər; civə; sulfatlar və s.kimi zəhərli birləşmələr atılır.
Həmçinin, metallurgiya müəssisələri suyun turşuluğunun və istilik çirklənməsinin artırılmasından məsuldur.
Naxçıvanla sərhəddin 800 metrliyində tikiləcək bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər və tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA QHT koalisiyası) bildirir ki, Ermənistanın digər iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək dərəcədə çirklənmiş kimyəvi tərkibli istehsalat suları uzun müddət Araz çayını və Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir.

MSŞA-QHT koalisiyası bildirir ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

MSŞA-QHT koalisiyası Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirək, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ Səfirlikləri susmamalı, məsələyə aydın münasibət bildirməlidirlər.

MSŞA-QHT koalisiyası hesab edir ki, bu cür iri həcmli texnoloji proses aparılacaq bir zavodun tikintisi ətraf mühitə ciddi mənfi təsir riskinə görə dərhal dayandırılmalı və Azərbaycanla məsləhətləşmə aparılmaqla belə bir müəssisənin tikilməsinin transərhəd çayı olan Araz çayından və yaşayış sahələrindən kənar bir yerdə həyata keçirilməsi təmin edilməlidir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678