Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İsmayıllıda turistin “Mercedes S-Class”nı sel apardı

49 Baxış

İyunun 30-da İsmayıllı rayonuna yağan güclü leysan yağışından sonra əmələ gələn sel suları Cülyan kəndində istirahətə gələn qonaqların avtomobilinə ziyan vurub.

Turanmedia.az Tns-ə xəbər verir ki, qəflətən dağlardan gələn sel suları və daş parçaları kəndin yollarında hərəkət edən bir neçə avtomobili əzib, nəqliyyat vasitələri lildə bataraq qalıb.

İstirahətə gələn turistlərdən birinə məxsus olan “Mercedes S-Class” markalı minik avtomobilini sel aparıb. Avtomobildən sürücünün son anda çıxaraq canını qurtardığı bildirilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678