Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənc ölümləri ilin hansı ayı aktivləşir?

44 Baxış

Gənc və yaşlı insanların ilin müəyyən vaxtında ölmə ehtimalı fərqlidir.

Turanmedia.az “Medicina”-ya istinadən xəbər verir ki, İngilis tədqiqatçıları nəticədə gənclərin yayda, yaşlıların isə qışda ölmə ehtimalının daha çox olduğunu bildiriblər.

Bunun üçün elm adamları ABŞ-da 1980-2016-cı illərdə əldə edilmiş təxminən 86 milyon ölüm haqqında məlumatları təhlil ediblər.

Professor Macid Essatinin sözlərinə görə, gənc kişilərdə daha yüksək ölüm nisbətləri də daxil olmaqla, yaş, cins və xəstəliklə əlaqəli müxtəlif mövsümi təsirləe raşdırılıb.

Alimlər ilin vaxtından asılı olaraq, ölümlə bağlı bir sıra qanunauyğunluqları müəyyən edə biliblər. Xüsusilə, onlar müəyyən ediblər ki, ilin fəsilləri orta yaşlı və daha yuxarı yaşlı kişi və qadınların ölüm hallarının artmasına təsir göstərir.

45 yaşdan yuxarı kişilər və 35 yaşdan yuxarı qadınlar arasında hər hansı səbəbdən ölüm dekabr, yanvar və fevral aylarında yüksək və iyun-avqust aylarında ən aşağı olub.

65-74 yaşlı kişi və qadınlarda ölüm halları fevral ayında pik həddə çatmış, tənəffüs orqanlarının xəstəlikləri onun əsas faktoruna çevrilmişdir.

İsveçli kardioloqlar daha əvvəl bildirmişdilər ki, qış aylarında infarkt riski artır. Çünki soyuq hava damarların daralmasına və ürəyin həddindən artıq yüklənməsinə səbəb ola bilər.

Yeni araşdırma həmçinin ürək xəstəliklərindən ölüm halları ilə soyuq mövsüm arasında əlaqə olduğunu göstərib.
Ürək və ağciyər xəstəliklərindən ölüm halları yaşından asılı olmayaraq yanvar və fevral aylarında ən yüksək, iyul və avqust aylarında isə ən aşağı olur.

Gənclər arasında ölüm hallarına gəlincə, bunun əsas səbəbi xəsarətlərdir. Bu halda ölümlərlə fəsillər arasında da əlaqə var idi. Araşdırmalara görə, 45 yaşdan aşağı kişilər və qadınlar arasında ölüm ən çox yayda olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678