Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vəzifəli şəxs məhkəmə binasında vəfat etdi

40 Baxış

Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Sahib Cəfərov rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, bələdiyyə sədri ürəktutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.(Report)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678