Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dərman bahalığı və qıtlığı belə həll olmalıdır – Vahid Əhmədovdan tənqid və təklif

33 Baxış

Azərbaycana gətirilən dərmanların bahalığının əsas səbələrindən biri sertifikasiyanın çox çətin olması, aylarla, hətta altı ay davam etməsidir.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə “dərman vasitələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bunu ona bir sıra dərman şirkətlərinin rəhbərləri ilə görüşündə deyiblər.

“Gətirilən dərmanların sertifikasiyasının uzadılması yolverilməzdir. Dünya praktikasında brend dərmanların sertifikatı yoxdur. Artıq bu, praktikadan çıxan dərmanlardır”, – o qeyd edib.

Deputat eyni zamanda apteklərdəki dərman qıtlığı problemini dilə gətirərək deyib ki, hətta bəzi apteklərdən başağrısı dərmanı tapmaq olmur.

“Digər tərəfdən aptekdən dərman alırsan, amma onun təsir etməsi, çox zəifdir. Amma gedib alman aptekindən alırsan, tamam başqa təsir göstərir. Əgər dərmanların keyfiyyəti yoxlanırsa, o zama niyə keyfiyyət aşağıdır!? Sağlamlığa təsir etmir”, – o bildirib.

Deputat həmçinin hökumətin dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı hazırladığı layihə ilə əlaqədar məsələyə toxunaraq deyib ki, uzun müddətdir belə bir layihənin hazırlandığı deyilsə də, ortada yoxdur. “Bilmirik ki, orada nə əks olunub. Əhalinin müəyyən təbəqəsinin dərman almaq imkanı yoxdur. Əgər bahadırsa, digər zəruri məhsullara olduğu kimi, həmin dərmanlar da gömrük rüsumundan və vergidən azad etmək lazımdır. Məsələn, Gürcüstan dərman problemini həll etmək üçün Türkiyə ilə müqavilə bağlyıb, oradakı fabrikləri cəlb etməklərlə problemi həll etdi. Türkiyə Azərbaycana qardaş ölkə olduğundan həmin praktikadan istifadə edə bilər”, – deputat bildirib.

Məsələyə reaksiya verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, dərmanın keyfiyyətində və bahalığı ilə bağlı problemlər var.

“Biz nə qədər xaricdən dərman idxal edəcəyik, dərman baha olacaq. Bu problem aradan qaldırmaq üçün ölkədə dərman istehsalına başlanmalıdır və bu istiqamətdə ciddi işlər gedir”, – komitə sədri deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678