Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Reanimasiyaya yerləşdirilən məşhur aparıcının son durumu AÇIQLANDI

50 Baxış

Ötən gün xəstəxanaya yerləşdirilən jurnalist, teleaparıcı Natavan Babayeva normal palataya köçürülüb. Huşu özündə olan jurnalist başqa tibb müəssisələrindən birinə göndərilib.

Turanmedia.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Liv Bona Dea” hospitalından məlumat verilib.

Bildirilib ki, həkim heyəti tərəfindən onun vəziyyəti stabilləşdirilib:

“O, ailəsinin dəstəyi ilə uzun illərdir müalicə aldığı onkoloji xəstəliklə əlaqədar zəruri tibb müəssisəsinə yerləşdirilib. Natavan Bayramova bizim hospitaldan çıxarılarkən özünü yaxşı hiss edirdi. Ona Allahdan şəfa diləyirik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678