Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tanınmış aparıcının bacısı DANIŞDI: “Xəstəlik bütün orqanlara yayılıb”

46 Baxış

Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natavan Babayevanın bacısı “Yeniçag”a açıqlamasında bildirib.

O, müayinələrin davam etdiyini deyib:

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb.

Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, məsləhətləşmə olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678