Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda Qədir -Xum bayramı münasibətilə ehsan süfrəsi təşkil edilib

66 Baxış

Biləsuvarda Qədir -Xum bayramı münasibətilə ehsan süfrəsi təşkil edilib.

Qədir-Xum bayramı münasibətilə Biləsuvar şəhər Cümə Məscidinin imamı Hacı Əlifağa Murtuzovun təşəbbüsü ilə rayonun çoxsaylı şəhid ailə üzvlərinin və dini ayinlərin icraçılarının iştirakı ilə görüş keçirilib. Məsciddə camaat namazı qılınıb, bol- bol dualar edilib. Daha sonra ehsan süfrəsi verilib.

Məscidin imamı Hacı Əlifağa Murtuzov qeyd edib ki, bu gün Qədir-Xum bayramıdır. Vilayət, yəni özünəqayıdış bayramı. Qəlblərə qəlb dilində səslənən, qəlbləri fəth edən övliyaların bayramı. Allah bu bayramı hamımıza mübarək etsin və vilayətə olan bağlılığımızı artırsın, dövlətimizi həmişə dövlətlər arasında uca qərar versin, rəhbərimizi qorusun!

Bayramınız mübarək!”, – deyə Hacı bütün müsəlmanları, şəhid valideynlərini təbrik edib.

 

Qeyd edək ki, bu il Qədir-Xum bayramı iyulun 6-na təsadüf edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678