Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şahbuzun Gurbulaq şəlaləsi unikal təbiət möcüzəsidir – Bu ərazidə istirahət mərkəzi yaradılacaq

54 Baxış

Naxçıvanın turizm potensialı yüksək olan bölgələrindən biri də Şahbuz rayonunun Kükü kəndidir. Bu yaşayış məntəqəsi özünün qeyri-adi relyefi və təbiət abidələri ilə tanınır. Turistlər tərəfindən yaxşı tanınan Batabat yaylağına yaxın məsafədə yerləşən, Dərələyəz silsiləsinin cənubundan başlayan Naxçıvançayın mənbəyi Gurbulaq və onun ecazkar şəlaləsi xüsusən yaz və yay fəsillərində buraya gələnləri özünə çəkir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, əvvələr buraya çatmaq çətin olsa da, bu ilin əvvəlindən muxtar respublika rəhbərliyinin təşəbbüsü ilə kənddən şəlaləyə qədər 5 kilometr yol çəkilib, hər cür avtomobillərin hərəkəti üçün şərait yaradılıb. Yerli əhali də buraya gələn turistlərdən gəlir əldə etmək üçün müxtəlif xidmətlər təklif edir, yaradılmış şəratdən bəhrələnir.

Turistləri Naxçıvan şəhərindən təxminən 55 kilometr məsafədəki bu dağlara çəkən isə isti yay günlərində kənddəki sərin hava, təmiz su, bol yaşıllıq və orqanik ərzaq məhsullarıdır. Gələcəkdə, Gurbulaq şəlaləsi ətrafında yaradılacaq istirahət kompleksində digər turizm növləri ilə də asudə vaxt keçirmək mümkün olacaq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678