Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dənizkənarı Bulvar İdarəsində 28,6 milyon YIĞILMIŞ ZƏRƏR

47 Baxış

Dənizkənarı Bulvar İdarəsi 2022-ci ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sözügedən dövrə qurumun cəmi aktivləri 359,417 mln manat olub. Bu isə 2022-ci ilin yekunu ilə müqayisədə 0,4% çoxdur.

Bulvar İdarəsinin cəmi öhdəlikləri isə illik müqayisədə 2,6% artaraq 14,655 mln manat təşkil edib.

Nizamnamə kapitalı 65,211 mln manat olan şirkətin kapital ehtiyatları 0,3% artaraq 308,184 mln manata yüksəlib, bölüşdürülməmiş zərəri isə 0,4% azalaraq 28,633 mln manata enib. Nəticədə, idarəninn cəmi kapitalı illik müqayisədə 0,3% artaraq 344,762 mln manat təşkil edib.

Dənizkənarı Bulvar İdarəsinin 2022-ci ilin yekununda cəmi gəlirləri 19,400 mln manat, cəmi xərcləri 19,300 mln manat təşkil edib. Əməliyyat gəliri 100,087 min manat olan qurumun xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1,680 min manat olub və ötən ili 101,767 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsi 2021-ci ildə 5,514 mln manat zərər açıqlamışdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678