Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AVROPALILARI BƏYƏNMİRİK, AMMA ONLAR TEXNOLOGİYA CƏHƏTDƏN İRƏLİDƏ OLDUQLARI KİMİ, ELƏCƏ DƏ İCTİMAİ MƏDƏNİYYƏT BAXIMINDAN DA BİZİM MİLLƏTDƏN İRƏLİDƏDİRLƏR!

74 Baxış

AVROPALILARI BƏYƏNMİRİK, AMMA ONLAR TEXNOLOGİYA CƏHƏTDƏN İRƏLİDƏ OLDUQLARI KİMİ, ELƏCƏ DƏ İCTİMAİ MƏDƏNİYYƏT BAXIMINDAN DA BİZİM MİLLƏTDƏN İRƏLİDƏDİRLƏR!

Bəli, Azərbaycan xalqı tarixi mədəniyyət, mənəvi əxlaq, ədəb-ərkan və mentalitet baxımından bütün qeyri-türk və qeyri-müsəlman ölkələrini geridə qoyur.

Ancaq çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız ictimai mədəniyyət baxımından bütün Avropa xalqlarından geridə qalır. Mən indi bunları ayrı-ayrılıqda sadalayacağam. Ümid edirəm ki, bu məsələdə mənimlə həmfikir olanlar da var və bunu oxuyaraq maariflənəcək, öz səhvini anlayaraq başqa insanları da narahat etməkdən əl çəkən insanlar olacaqlar, inşallah!

İctimai mədəniyyət mövzusunda azərbaycanlı ilə avropalının da feilən atdığı addımları da müqayisə edəcəyik.

Baxın, yol getdiyimiz yerdə səkilərin üstündə, kənarda və ya yolun ortasında dayanan insanlar vardır ki, əlləri ilə ağızlarını tutmayaraq ağızlarını iki metr açıb əsnəyirlər, hələ əsnəyə-əsnəyə də insanların üzünə gic-gic baxırlar. Avropalı belə şey etməz, amma bizim cahil insanlar bunu utanmazcasınca edir, hələ bu iyrənc əməldən bir növ zövq almış olurlar. Sanki, elə belə də olmalı imiş……

Allahın geniş və uzun yolu qala-qala birbaşa adamın üstünə yeriyirlər, hələ az qalırlar ki, adamın üstünə çıxsınlar. Bir-birlərinə əsla yol verməzlər! Amma avropalıya gəldikdə isə geniş yol qalsın bir kənarda, əgər dar bir yol olsa belə, özü sənə keçmək üçün yol verər, özü sonra keçər və yaxud özü-özünü divara söykəyib də divara girər ki, təki sən rahat keçəsən.

Yolda yüksək səs ilə və ya qışqıra-qışqıra danışırlar, yaxud üzr istəyirəm bu ifadəmə görə, bir-birlərini uzaqdan uzunqulaq kimi eybəcər səs ilə ucadan çağırırlar. Necə də gülünc, necə də eybəcər görünür. Hələ yol gedə-gedə ucadan hırıldayır, səsli gülür və ətrafdakı sakit insanları da öz eybəcər gülüşləri ilə narahat edirlər. Bir də, yolun ortasında elə rahat-rahat gedirlər ki, elə bil, öz evlərində imişlər kimi gedirlər, daha arxadan, sağdan-soldan gələni fikirləşmirlər, maşınlara yol vermirlər, təhlükəni görmürlər.

Şəxsi avtomobildən istifadə edən adamlar var ki, yolu keçməyə hazır olan piyadaya yol vermir, hələ az qalır ki, yolda gedən adamın üstündən sürüb keçsinlər. Məgər, bu qədər də eybəcər bir ictimai vəziyyət olarmı? Bu qədər də mədəniyyətsizlik ola bilərmi?! Mən inanmıram ki, avropalılar öz ölkələrində belə xoşagəlməz, iyrənc hallara yol versinlər… Biz Avropa adamının ictimai mədəniyyətini, feili əməllərini həm ölkəsində müşahidə edirik və həm də ki, öz ölkəmizdə görüb şahid oluruq.

Yolda, səkidə, kənarda avara-avara dayanaraq gəlib-gedənə gic-gic nəzərlər ilə baxan, yersiz və səbəbsiz nəzərlər ilə insanları başdan-ayağa süzərək onların heysiyyatına toxunan, saf insanların qanını qaraldan cahil, gicbəsərlər var. Göz verilib ki, əsil Adəm övladı kimi öz həyatını yaşayasan! Göz verilib ki, dost-düşməni ayırd edəsən! Göz verilib ki, özünü təhlükədən qoruyasan! Daha göz ona görə verilməyib ki, sən axmaq hərəkətlər edəsən!

Yolda gedərkən, bir-birlərinə yol vermək əvəzinə az qalırlar ki, bir-birlərinin üstünə çıxsınlar! Axı bu, nəyin ədavətidir?! Görəsən, bizim insanlar bu qədərmi huşlarını itiriblər?! Sanki, insanlarımız yetərincə və kifayət qədər dəyişərək zombiləşməyə məruz qalıblar. Hər gözdə, hər baxışda bir vəhşilik, bir barbarlıq, bir eybəcərlik görünür. Bilmirsən ki, insanlar bir-birlərindən nə istəyirlər? Bir-birlərindən nə alıb-verə bilmədikləri var?! Axı nə üçün bir-birlərini düşmən gözündə görürlər?!

Halbuki, heç 17 il əvvəl bu qədər ictimai naqisliklər yox idi. Bir saflıq var idi. Çox yazıq.

Ayaqüstə sakitcə dayanan adamları narahat etdikləri kimi hələ skamyada əyləşərək Allahın təmiz havasını qəbul edən insanları da narahat edirlər. Açıq yol qalıb kənarda, az qalırlar ki, oturan camaatın ayağının üstündən keçib getsinlər.

Nə isə, bunları çox danışırıq, lakin çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, oxuyub, görüb və ya eşidib də ağıllananlar yoxdur.

Bizim millətin bir çox ağıldankəm nümayəndələri üçün, gərəkdir ki, ayrıca bir ictimai mədəniyyət məktəbi açsınlar ki, bəlkə onlar üçün bir xeyiri ola və bu səfeh hərəkətləri ilə digərlərini də narahat edərək hiddətləndirməsinlər!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678