Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Magistraturaya ixtisaslaşma seçimi başa çatıb

42 Baxış

2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatıb.

Turanmedia.az-ın məlumatına görə, Apa Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).

Qeyd edək ki, magistraturaya ixtisaslaşma seçimi iyulun 6-dan başlayıb. İxtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılıblar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678