Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Gənclər Evində Mingəçevir şəhər İcra Hakimiyyətinin “14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi maşa keçirilib.

153 Baxış

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad elunub.

Turanmedia.az xəbər verir ki, Dəyirmi masanı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu il “Heydər Əliyev ili” çərçivəsində şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, dövlətçiliyimizin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə, istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə milli adət ənənələrimizin, mədəniyyətimizin, təhsilimizin, elmimizin, dilimizin, ideologiyamızın, ümumilikdə bütün sahələrin inkişaf etdirilməsində mühüm rolu olmuşdur. Qüdrətli lider olaraq o, milli şüurun düzgün inkişafına nail olmuş, xalqa məxsus adət ənənə və dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır.
Tədbirdə YAP Mingəçevir Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişi Azərbaycanın intibah dövrünün başlanğıcıdır”, MDU-nun müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Abdullayeva “1969-1982-ci illər Azərbaycanın sosial, iqtisadi, mədəni və milli oyanış mərhələsidir”, “Azərbaycan İES” MMC-nin Xüsusi işlər üzrə aparıcı mütəxəssisi Emin Paşayev “1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən siyasət müstəqilliyə hazırlıq mərhələsi idi”, Mingəçevir Tibb kollecinin müəllimi Çingiz Ağakişiyev “Müstəqil Azərbaycanın uğurları Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasının nəticəsidir” mövzularında məruzələrlə çıxış etmişlər.
Tədbirin yekununda Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai birliyinin şəhər filialının sədri Əliağa Bəndaliyev Cəmiyyətin təsis etdiyi “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalını şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova təqdim edir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678