Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda 53 yaşlı kişi itkin düşüb

32 Baxış

Sabunçu rayonu Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Tns-ə bildirilib ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175-sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur.

Yaxınlarının polisə verdiyi məlumata görə, itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır. Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon İdarəsinin 12-ci Polis Şöbəsinin 012-450-02-02 və 055-805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678