Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sevinc Atayeva barəsində cinayət işi başlandı

40 Baxış

Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678