Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda evdən iki qardaşın meyiti tapıldı

46 Baxış

Bakıda evdən iki qardaşın meyiti tapılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

52 yaşlı Əli Xaliq oğlu Həsənov və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.

İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678