Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb

35 Baxış

Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, xaker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa olunub.

Cherkassy xakerinin hücumları ölkə əhəmiyyətli obyektin infrastrukturunun kompüter sisteminin işinə qəsdən mane olmağa səbəb olub.

“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, – nazirliyin məlumatında qeyd edilib.

Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən olunur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678