Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qubad İbadoğlu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib

42 Baxış

Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olub. Partiya bu ilin əvvəlində buraxılıb.

Məlumata görə, Qubad İbadoğlunun ofisində axtarış aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678