Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib

39 Baxış

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edir.

Zakir Həsənov burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olur.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678