Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Reallıqlar Şuşa Forumu müstəvisində

51 Baxış

Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Belə ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.
Mətbuat işçilərini, media nümayəndələrini səmimi salmalayan cənab Prezident İlham Əliyev bildirdi ki Forumun məhz Şuaşa şəhərində keçirilməsinin rəmzi mənası var. Şuşa bizim fəxrimiz, qələbəmizin simvolu olan bir şəhərdir. Bu şəhər Azərbaycanın igid oğulları tərəfindən azad edilmiş və ikinxi Qarabağ müharibəsi sona çatmışdır.
Cənab Prezident ona ünvanlanmış suallara cavabn verərək bildirmişdir ki, Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Biz regionun inkişafını, ədalətli və möhkəm sülh istəyirik. Regionun inkişafı isə ilk növbədə Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən asılıdır.
Azərbaycanın ərazi bütövlüyü indi Ermənistan tərəfindən rəsmən tanınır. Ermənilər istəməsələr belə, Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək zorundadırlar və edirlər də. Bu ilk növbədə Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşısında məğlub olduqlarının göstəricisidir. Bu həm də qalib sərkərdə, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir. Dünyanı mövcud reallıqlara inandırmaq və hesablaşmağa məcbur etmək siysətinin tərkib hissəsi olan bu siyasət bugünkü reallıqların ana xəttini təşkil etmişdir.
Dövlətimizin başçısı qeyd edib ki, əgər Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
Forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, “Ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salındığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər”.
Latəssüf ki, bu çağırılmamış qonaqlar sonradan zaman-zaman yerli xalqa qarşı ən alçaq hərəkətlərdən çəkinməmiş, qətliamlar törətmişlər. İndi isə ikinci Qarabağ Müharibəsindən sonra dağıdılmış, minalanmış ərazilər qoyan bu “qonaqlar” hər vəchlə separatist meyllərdən əl çəkmir. İndi də yenə özlərinin “yazıq”, “bədbəxt” obrazlarını yaratmaq məqsədilə vay-şivən salırlar. Lakin dünya dəyişib. Dünya indi həqiqətləri bilir və görür.
“Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Xoşbəxtikdən bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Lakin mövcud sabitliyin kövrəkliyinə diqqət çəkən ölkəmizin başçısı bildirib ki, “hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.
Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”.
BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.
Bəli, bu gün güc hər şeyi həll edir. Biz də həm haqlı mövqeyimizlə, həm də gücümüzlə haqqımızı, azadlığımızı və suverenliyimizi qorumaq iqtidarındayıq.
Cənab Prezident İlham Əliyev Forumun çox maraqlı keçdiyini, ətraflı müzakirə aparıldığını qeyd edərək demişdir: “Üç saata yaxındır ki, bir yerdəyik. Əminəm ki, bu müzakirələrin sayəsində siz ölkənizə çox yaxşı nəticələrlə qayıdacaqsınız və bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaq. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna birinci Şuşa Qlobal Media Forumu adı verilsin”.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678