Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib

52 Baxış

Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə sahibsiz itlər sakinlər, xüsusən də azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Sakinlərin sözlərinə görə bütün küçələr, avtomobillərin altı, binaların zirzəmiləri, parklar, həyətlərin qarşısı sahibsiz itlərin məskəninə çevrilib. Sakinlər bildirir ki, gecədən səhərə qədər hürürlər, sürü halında küçələri dolaşırlar. Maqomayev küçəsinin sakinləri deyir ki, itlər azyaşlılara hücüm edir, yenə biz özümüzü bir təhər müdafiə edə bilirik, amma yaşlılar,uşaqlar özlərini müdafiə edə bilmirlər. Bu yaxınlarda M.Maqamayev küçəsində az yaşlı uşağı itin dişlərindən zorla xilas etdiklərini də dedilər. Onlar problemin həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət edirlər: “Xahiş edirik ki, sahibsiz küçə itləri ilə bağlı tədbir görülsün”.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678