Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

36 Baxış

Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Aleksandr Aleksandroviç Kazakovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Aleksandr Kazakovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, Aleksandr Aleksandroviç Kazakov Cinayət Məcəlləsinin 234.1.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678