Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Surət Hüseynovla bağlı xəbər …

49 Baxış

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun əvvəlcə ölüm xəbəri yayıldı, daha sonra isə komaya düşdüyü bildirilirdi.

Yaxınları onunla bağlı bəzi məlumatları Gununsesi.info ilə bölüşüb.

Bildirilir ki, Surət Hüseynov bir müddət əvvəl Rusiya paytaxtı Moskvada insult keçiribmiş.

İnsult nəticəsində Hüseynovun bədənin sağ və ya sol yarısında, ətraflarda qəfil zəiflik, üzün asimmetriyası yaranıb: “Bir az özünə gəlmişdi. İsrarla deyib ki, Türkiyədə həkimim var. O məni müayinə edəcək. İstanbula getmək üçün təkbaşına təyyarəyə minib. Elə İstanbul hava limanında təyyarədən enərkən qəfil huşunu itirib”.  / olke.az /

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678