Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbi prokurorun müavini: “Xaçatryan Azərbaycan vətəndaşıdır, hay-küy salmağın heç bir mənası yoxdur”

39 Baxış

Vaqif Xaçatryan Azərbaycan vətəndaşıdır. Vaxtilə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub. Xaçatryan Azərbaycan qanunlarını pozub. Ona görə də bu mövzuda beynəlxalq müdaxilə, hay-küy salmaq spekulyativ xarakter daşıyır”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası hərbi prokurorunun müavini Fuad Məmmədov İctimai televizyanın efirində bildirib.

Hərbi prokurorun müavini deyib ki, bu adam 2013-cü il 12 noyabr tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

“14 noyabr 2013-cü il tarixdə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Vaqif Xaçatryan barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə o, beynəlxalq axtarışa verilib. Onun saxlanılması tam qanuni olub. Xaçatryan qızı ilə birlikdə Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-keçid məntəqəsindən keçərək İrəvan şəhərinə getmək istəyirmiş. Dövlət sərhədini keçmək üçün sənədlərini təqdim edərkən məlum olur ki, bu şəxs axtarışdadır. Ona görə də saxlanılıb. Burda heç bir qanun pozuntusu yoxdur”, – Fuad Məmmədov bildirib.

Hərbi prokurorun müavininin sözlərinə görə, həm beynəlxalq konvensiyalara, həm də Azərbaycan qanunlarına əsasən sülh və insanlıq əleyhinə törədilən cinayətlərə istintaq müddəti şamil edilmir.

“Bu cinayətin nə vaxt törədilməsindən, üstündən hansı müddət keçəməsindən asılı olmayaraq, şəxs həmin cinayətə görə təqsirləndirilən şəxs qismində cəlb oluna, ittiham oluna və məhkəmə məsuliyyətinə verilə bilər. Ona görə də bu hissədə ermənilərin qaldırdığı hay-küy mənasız və səbəbsizdir”, – Fuad Məmmədov əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678