Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Süleyman Mikayılovun nəzarətindəki müəssisə 2 manatlıq şirkətə yarım milyondan çox pul köçürür

31 Baxış

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tender başa çatıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, tenderin qalibi “QARA QAYA” MMC olub. Tərəflər arasında 571.962,2 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, “QARA QAYA” MMC-nin nizamanmə kapitalı 2 AZN, qanuni təmsilçi Əliyarov Aydın Əliyar oğludur.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi isə İsmayılov Namizəd İsmayıl oğludur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678