Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balakəndə yeniyetmə əmisini öldürdü

37 Baxış

Balakəndə 47 yaşlı kişini öldürməkdə şübhəli bilinən qardaşı oğlu saxlanılıb.

Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş. Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678