Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sağlamlıq İmkanları məhdud olan uşaqların valideyinləri maarifləndirilib

269 Baxış

Sağlamlıq İmkanları məhdud olan uşaqların valideyinləri maarifləndirilib

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə“ Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ”ictimai birliyini Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi “adlı layihənin fəaliyyət planına uyğun olaraq valideynlərlə ilk görüş keçirilmişdir.

Görüşü layihə rəhbəri Eyyub Həsənov açaraq bildirdi ki, “uşaqlar bizim gələcəyimizdir” deyimi səbəbsiz deyil. Gələcəyimizin necə olması uşaqlardan , onların tərbiyəsindən asılıdır. Tərbiyə təkcə baxçada , məktəbdə verilmir. Onun böyük bir hissəsi ailədə formalaşır. Müəllim –ailə münasibətləri nə qədər düzgün qurulsa, nə qədər sıx əlaqəli olsa ondan uşaqlarımız da faydalana bilərlər. Bu səbəbdən layihə valideynlərin uaqların tərbiyəsində rolunu gücləndirmək, xüsusən də inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərin uşaqlarla psixoloji münasibətlərin qurulması yönümündə onlara lazımı biliklərin verilməkl marifləndirməsi məqsədi daşıyır. Təlimdə iştirak edən böyük təcürbəyə malik pedoqoq – mütəxəssis Dilşad İlyasova qüsurly uşaqüların baxçada tərbiyəsindən, valideynlərin baxça müəllimləri ilə münasibətndən, bu sahədə olan çətinliklərindən və onların aradan qaldırılmasından danışdı. Layihədə iştirak edən psixoloq mütəxəssis Reyhan Allahverdiyeva çətin tərbiyə olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqların uşaq bağçalarında və ailədə psixoloji durumundan, onlara xüsusi həssas münasibətin olmasının vacibliyindən danışdı. Valideynlərin sualları əsasında uşaqların cəzalandırması məsələsinə toxunaqraq onların cəzalandırılmasında telefondan tam təcrid etməyi düzgün saymadı. Uşaqların az da olsa (1 saata kimi) telefondan istifadə etməsi, bu vaxta sərhəd qoyulması, onları məlumat mənbəyindən istifadəsinə nəzarət etməyi məsləhət bildi.

Tədbirdə iştirakçıalar onları maraqlandıran suallarla, təkliflərlə çıxış etdilər. İnkluziv təhsil haqqında qnunvericiliklə bağlı və digər suallar cavablandırıldı. İştirakçıların təklifləri, fikirləri yazılı surətdə toplandı və növbəti gprüşdə təhlil edilərək cavablandırılacaqlı bildirildi. Çay süfrəsi ətrafında gedən müzakirələr maraqlı olmaqla yanaşı həm də valideyinləri narahat edən problemlər dinlənildi. Görüşdə iştirak edən valideyinlər belə bir layihələrin mütamadi olaraq keçirilməsini istədilər.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678