Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məmməd Babayevə Naxçıvanda yüksək vəzifə verildi

43 Baxış

Məmməd Babayev “Şərq qapısı” qəzetinin baş redaktor müavini təyin edilib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Qeyd edək ki, Məmməd Babayev Naxçıvan Dövlət Universitetinin “Jurnalistika ixtisasını bitirib. O, “Naxçıvan səsi” radiosunda müxbir, Naxçıvan televiziyasında baş redaktor, Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində məsləhətçi, Naxçıvan Gənclər Fondunun icraçı direktoru vəzifələrində çalışıb.

Naxçıvan Dövlət Universitetinim müəllimi olan Məmməd Babayev bu təyinatdan əvvəl Naxçıvan Dövlət İmtahan Mərkəzinin mətbuat katibi idi.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678