Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanda festival istilərə görə təxirə salındı

44 Baxış

Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yyaıb.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 8-dən 12-nədək Azərbaycanda havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678