Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi

31 Baxış

Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir, O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

“Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678